İranın “Mahan Air” aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Oxu.Az-a “Azərbaycan Hava Yollar”ından verilən məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.
Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri “Airbus A310” layneri ilə yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” və “ATA Airlines” aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.
U.A.
www.oxu.az