“İşğaldan azad edilmiş ərazilərdə turizm sahəsindəki investorların cəlbi üçün danışıqlar aparırıq”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Onun sözlərinə görə, investorlar MDB, Türkiyə, İsrail və Rusiyadandır:
“Bizim turizmlə bağlı təşviq mexanizimlərimiz var. Turizmə investisiyaların yatırılması ilə bağlı həm yerli, həm xarici investorlarla danışıqlar aparılır”.
O qeyd edib ki, Şəki şəhəri ilə bağlı bir neçə investor maraq göstərir:
“Bu, müəyyən tarixi abidələrin bərpa edilib, işlənməsi ilə bağlıdır. Bu, dövlət və özəl sektorun partnyorluğu sahəsində icra olunan layihələrdir. Hazırda onlar müzakirə edilir”.
İlhamə Əbülfət
Rəylər