Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kosmik turizmin yeni dövrü: "SpaceX" orbitə ilk dəfə TAM MÜLKİ missiyanı göndərdi
"SpaceX" şirkəti "Fram2" özəl pilotlu missiyası çərçivəsində "Crew Dragon" gəmisini buraxıb. Orbitə tamamilə mülki ekipaj çıxacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Uçuş qrupunun tərkibində müxtəlif ölkələrdən dörd müxtəlif peşənin nümayəndəsi var. Onların arasında Maltadan sahibkar, Norveçdən kinorejissor, alman robototexnika mütəxəssisi və avstraliyalı səyyah var. Onlar kosmosda maksimum beş gün qalacaqlar.
Uçuş zamanı komanda bir sıra elmi sınaqlar keçirəcək. Bunların arasında rentgen tədqiqatı, əzələ və sümük kütləsinin qorunmasını öyrənmək üçün məşqlər var. Son olaraq mikroqravitasiya şəraitində göbələk yetişdirmək cəhdi ediləcək.
Gəmi artıq orbitə çıxıb, Yerin Şimal və Cənub qütbləri istiqamətində hərəkət edir. Mütəxəssislər missiyanı kommersiya kosmonavtikası və kosmik turizmin inkişafı üçün vacib addım adlandırıblar.
"Kosmik missiya" teqi üzrə xəbərlər
- Xirosima bombasından 500 dəfə güclü: Yerə yaxınlaşan asteroid barədə qorxunc AÇIQLAMA
- Ayda bostan salınır: Yerə misilsiz faydası açıqlandı
- NASA astronavtının kosmik stansiyadan qayıtdıqdan sonra halı pisləşdi
- Çin rekorda doğru: Yerin süni peykini hazırlayıb kosmosa göndərdi
- Qırmızı planetdə həyat: Alimlər Marsda yaşaya biləcək bitkini kəşf ediblər