Qış məzuniyyəti üçün MDB-nin ən yaxşı kurortları olaraq Belarus, Qazaxıstan və Azərbaycandakı istirahət mərkəzləri seçilib.
Oxu.Az “TurStat” analitik agentliyinə istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 32%-i öz səslərini Belarusun Minsk bölgəsinin Loqoysk və Siliçi istirahət mərkəzlərinə səs veriblər.
Qazaxıstanın Almatı şəhəri yaxınığındakı Çimbulak kurortuna 23% səs verib. 16% isə Azərbaycandakı Şahdağ və Tufandağ kurortlarını ən yaxşı hesab ediblər.
Altı faiz öz səsini Qırğızıstandakı Karakol kurortuna, beş faiz isə Özbəkistandakı Çimqan kurortuna verib.