“British Airways Plc.” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsi, ev 8, “Hyatt Tower -2” (VI mərtəbə) ünvanına bildirə bilərlər.
“British Airways” aviaşirkəti sərnişin və yükdaşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.
Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.
U.A.
www.oxu.az