Bu ilin avqustun 25-dən “Komiaviatrans” şirkəti Nijni Novqoroddan Azərbaycana birbaşa reyslər həyata keçirəcək.
Oxu.Az-ın məlumatına görə, “APA-Economics” aviaşirkətin saytına istinadən verdiyi məlumatına görə, birbaşa reyslər Nijni Novqorod-Bakı-Nijni Novqorod marşrutu ilə həyata keçiriləcək.
Uçuş 2 saat 45 dəqiqə davam edəcək.
“Striqino” hava limanının məlumatına görə, Nijni Novqorod şəhərindən reyslər cümə günləri saat 9:30-dan, Bakıdan isə cümə axşamları 19:15-də həyata keçiriləcək. Birtərəfli gediş üçün biletin qiyməti 12 min 300 Rusiya rublu və ya 307 manat təşkil edəcək.