Rusiyada 30 gündən çox qalan digər ölkələrin vətəndaşları daktiloskopik prosedurdan keçməli, özləri haqqında və iş icazəsi barədə məlumatları ehtiva edən ID kart almalı olacaqlar.
360 TV-nin məlumatına görə, bu norma Rusiya Federasiyasındakı əcnəbilərin hüquqi statusu haqqında qanunun yeni versiyasında yer alır.
Bundan başqa kağızdan olan miqrasiya kartlarını elektronla əvəzləmək düşünülür.
Həmçinin əcnəbilərə ölkəyə giriş səbəbini dəyişməyə və lazımi icazələri almaq üçün Dövlət Xidməti portallarından istifadə etməyə imkan veriləcək.
Rəylər