Rusiyanın “Uralskie avialinii” aviaşirkəti Sankt-Peterburqdan Bakıya reyslərin həyata keçirilməsi üçün icazə əldə edib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, icazə daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyanın səsverməsindən sonra verilib.
Məlumata görə, şirkət həftədə üç dəfə Sankt-Peterburq-Bakı uçuşlarını həyata keçirəcək.
Qeyd edək ki, hazırda bu reys üzrə uçuşları “Rossiya” aviaşirkəti həftədə 7 dəfə həyata keçirir. Bununla da yay uçuşları cədvəlinə uyğun olaraq, Sankt-Peterburq-Bakı reysləri həftədə 10 dəfə baş tuta bilər.
U.A.
www.oxu.az