Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sədr: "Şahdağ" Turizm Mərkəzi beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək"
"2025-ci ildə "Şahdağ" Turizm Mərkəzi beynəlxalq idman yarışlarına və tədbirlərə ev sahibliyi edəcək".
Oxu.Az xəbər verir ki, bu sözləri "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığı barədə keçirilən mətbuat konfransında "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov deyib.
O, mövsüm qabağı yeni infrastruktur layihələrinin həyata keçirildiyini, modernləşdirilmə işlərinin aparıldığını, həm kompleksin ərazisində olan hotellərin, həm də kanat xətlərinin, eləcə də qonaqlara təqdim olunan müxtəlif qış əyləncələrininin və attraksionlarının tam hazır vəziyyətə gətirildiyini bildirib:
"Bu baxımdan, son illər beynəlxalq bazarlarda aparılan uğurlu təşviqat işləri nəticəsində həm kompleksə səfər edənlərin sayında müsbət dinamika var, həm də bu istiqamətdə ölkələrin coğrafiyası genişlənib".
Mərahim Nəsib
"Şahdağ Turizm Mərkəzi" teqi üzrə xəbərlər
- Yağmursuz hava müşahidə olunur - FAKTİKİ HAVA - 25.02.2025
- Lerikdə qar örtüyünün hündürlüyü 24 santimetrə çatıb - FAKTİKİ HAVA
- Həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku start götürüb
- Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub
- Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun birinci gününün nəticələri bəlli olub