“Azərbaycanın qərb istiqamətində hotel çatışmazlığı var”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Onun sözlərinə görə, həmin yerlərdə investisiyalara ehtiyac var:
“Azərbaycanın Qərb bölgəsi maraqlı turizm destinasiyasıdır. Bizim Gəncə şəhərində destinasiya menecment təşkilatımız fəaliyyət göstərir. Onlar regionun turistik imkan layihəsini hazırlayıblar və bu istiqamətdə işlər aparılır. Son zamanlarda bizim monitorinqlərimiz göstərir ki, xarici turistlərin qatarlarla Qərb bölgəsinə səfərlərə maraqları artıb. Həmin bölgədə yerləşdirmə obyektlərin investisiyalara ehtiyac var”.
Sədr əlavə edib ki, Quba, Qəbələ hotellərin sıx olduğu regiondur.
İlhamə Əbülfət
Rəylər