1 
Fev
2019
15:15
332
47
6025
yuxarı
Azərbaycanda yeni hərbi obyektlər tikilir - FOTO/VİDEO
1 Fev, 2019
15:15
6025
332
47
Azərbaycanda yeni hərbi obyektlər tikilir - FOTO/VİDEO
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, cəbhəboyu zonada olan nazirliyin rəhbər heyəti yeni inşa edilməkdə olan bir neçə hərbi obyektdə icra edilən tikinti işlərinin vəziyyətini yoxlayıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi obyektlərdə aparılan tikintinin gedişatı ilə maraqlanıb, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.