23 
Apr
2019
12:59
370
70
13429
Virtual karabakh

Qarabağda müharibə başlasa, nə olacaq? - Ermənistanın geri çəkilməsi üçün beş səbəb

23 Apr, 2019
12:59
13429

Qarabağda müharibə başlasa, nə olacaq? - Ermənistanın geri çəkilməsi üçün beş səbəb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ münaqişəsi 27 ilən artıqdır davam edir. Ona görə yox ki, Azərbaycan öz torpağını azad etmək gücündə deyil, ona görə ki, Azərbaycan hər şeyin sülhlə həll olmasının tərəfdarıdır, lakin Ermənistan bu illər ərzində ən müxtəlif variantlara əl atıb. Münaqişənin “sifət”ini başqa yönə çevirməyə cəhd edib, öz torpaqlarımızda qondarma dövlət yaradıb, separatçıların rəhbərini bizimlə bir stola oturtmağa cəhd edib. Bu sadaladıqlarımız illərdir ən müxtəlif formalarda “süfrə”yə gətirilir, “yeyilmir”, yenidən geri qaytarılır. 

Deməli, ermənilər sülh yoluna daş tökür. Geriyə sadəcə bir yol qalır: müharibə.

“Azərbaycan torpaqlarını müharibə ilə geri ala bilməz” deyə düşünənlər və fikirlərini dilə gətirənlər isə 2016-cı ildən birdəfəlik susdurulub. Azərbaycan dövləti və xalqı cəmi dörd günə 27 illik baryeri keçdi. Ordumuz 18 dəqiqə ərzində ermənilərin illərdir qurduğu müdafiə xəttini yardı və... 

Bu iflasdan sonra Ermənistan yenə də “özünə gəlmir”. 

Hakimiyyət dəyişikliyindən sonra “demokratiya” deyə bağıran Paşinyanın da siyasəti sələflərindən fərqlənmir.

Bəs onlar nəyə güvənir?

Oxu.Az Azərbaycanla Ermənistan arasındakı beş əsas fərqi araşdırıb.

Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq gəldiyimiz nəticəni, yəni “Ermənistanın geri çəkilməsi üçün beş əsas səbəb”i təqdim edirik:

Maliyyə problemi

Hazırda Azərbaycanın dövlət büdcəsi Ermənistanınkından dəfələrlə çoxdur. Azərbaycanın 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat, Ermənistanın isə 5 milyard 100 milyon 272 min manatdır. Bu rəqəmlərə baxdıqda Ermənistanın müharibə başlandığı anda qarşılaşa biləcəyi maliyyə problemini aydın görmək mümkündür. 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, 2012-ci ildə dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub. 2018-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 2,739 milyard manat və ya 1,611 milyard ABŞ dolları ayrılıb. Azərbaycanın müdafiə üçün nəzərdə tutulmuş xərcləri Ermənistanla müqayisədə, təxminən üç dəfə artıqdır.

Şəxsi heyətdə çatışmazlıqlar

1918-ci ildə yaradılan Azərbaycan ordusu hazırda dünyanın ən güclü ölkələri sırasında 52-ci yerdədir. 1992-ci ildə yaradılan Ermənistan ordusu isə bu siyahıda 96-cı yerdə qərarlaşıb. 

Hazırda Azərbaycan Silahlı Qüvvələrində 66 950 nəfər hərbi qulluqçu var. Ehtiyatda olan hərbi qulluqçularımızın sayı 300 min nəfərdir. 

Ermənistan ordusunda isə hazırda 44 800 hərbçi xidmət edir. Ermənistan Silahlı Qüvvələrinin ehtiyatında 210 min hərbi qulluqçu var.

Silahlandırma məsələləri

Hazırda Ermənistan ordusunun silahlanmasına ikisi təlim olmaqla, 15 ədəd “Su-25” qırıcısı, 17 ədəd təlim təyyarəsi, dörd ədəd nəqliyyat təyyarəsi, bir ədəd sərnişin təyyarəsi, 31 ədəd helikopter, 60 ədəd S-300 hava hücumundan müdafiə sistemi daxildir.

Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına isə beşi təlim olmaqla, 73 ədəd qırıcı, 50 ədəd təlim təyyarəsi, 181 ədəd helikopter, dörd ədəd nəqliyyat təyyarəsi, 84 ədəd pilotsuz uçuş aparatı daxildir.

Həmçinin, ordumuzun silahlanmasında “Otokar Kobra” zirehli döyüş maşını, “Toçka-U” taktiki raket kompleksi, S-125 “Peçora” zenit raket kompleksi, “Buk-M1-2” zenit raket kompleksi, S-300 PMU2 “Favorit” uzun radiuslu zenit raket sistemi və TOS-1A “Buratino” Reaktiv Yaylım Atəş Sistemi var.

2018-ci ildə Azərbaycanın aldığı silahlar

Ölkə

Silah

Silahın növü

Ədəd

Belarus

B-200BM Polonez

reaktiv yaylım atəşi sistemi

10

Çexiya

RM-70 122mm

reaktiv sistem

30

İsrail

OPV-62

Saar-72

Zərbə

Spike-NLOS

SandCat

Skystriker

Hermes-900

LORA

LORA

Sandcat SPEAR 120mm

gözətçi gəmisi

gəmi

pilotsuz uçuş aparatı

raket

zirehli maşın

kamikadze dronu

pilotsuz uçuş aparatı

reaktiv sistemi

raket

zirehli avtomobili

6

2

100

250

100

100

2

4

50

10

Rusiya

BTR-82A

9M123/AT-15

9P157-2 Khrizantema-S

zirehli transportyoru

anti-tank raketi

raket sistemi

70

800

24

Slovakiya

152 mm-lik “DANA”

artilleriya sistemi

36

Türkiyə

SOM

silah sistemi

5

ABŞ

Bell-412

helikopter

2

Azərbaycanın istehsal etdiyi hərbi məhsullar:

• “İstiqlal” snayper tüfəngi
• “Yalquzaq” snayper tüfəngi
• “Matador” zirehli transportyoru
• “Gürzə” patrul maşını
• “Marauder” zirehli transportyoru
• “EM-14” avtomatı
• “Xəzri” avtomatı 
• “Şimşək” hücum tüfəngi
• “İnam” tapançası
• “Zəfər-K” tapançası
• “Zəfər” tapançası

2018-ci ildə Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edib.

Əhalinin artımı

Bu günlərdə Azərbaycan əhalisinin sayı 10 milyona çatıb. Yaxın on ildə ölkəmizin əhalisinin sayının 11 milyona çatması gözlənilir.

Ermənistanda isə əhalinin sayı üç milyon nəfərdir və hazırda bu ölkədə əhalinin kəskin azalması müşahidə edilir. Buna səbəb Ermənistanda hökm sürən iqtisadi-sosial problemlərdir. Erməni gənclərin əksəriyyəti dolanışığın çətinliyi səbəbindən ölkədən qaçmaq məcburiyyətində qalırlar. Məlumata görə, son vaxtlar Ermənistanı tərk edən ermənilərin sayında artım müşahidə edilir.

Hərbi əməkdaşlıq

Ermənistanın beynəlxalq hərbi əməkdaşlığı çox aşağı səviyyədədir. Bu ölkə Litva, Gürcüstan, Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və İranla hərbi əməkdaşlıq aparır. 

Ancaq hazırda Azərbaycan dünyanın 40-dan çox ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirir. Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı 1992-ci ilin mart ayında ölkəmizin bəzi Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə yeni yaranmış və 1997-ci ildən etibarən Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb.

1994-cü il mayın 4-də Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifəsi, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir.

Müdafiə Nazirliyi bu mexanizmlərdən istifadə edərək strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə NATO standartlarının tətbiqi, Sülhməramlı qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və hava məkanına nəzarət sahələrində müvafiq islahat fəaliyyətlərini həyata keçirir.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri