Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Araz Ağalarova məxsus Rusiyadakı ticarət mərkəzləri erməni məhsullarından imtina edib
Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan RBK-ya açıqlamasında “Sənin evin” ticarət mərkəzlərinin rəflərindən Ermənistan istehsalı olan konservləşdirilmiş qida, mineral su və spirtli içkilərin çıxarıldığını deyib.
O deyib:
“Səhər saatlarında böyük erməni ixracatçıları bizimlə əlaqə saxladılar. Araz Ağalarova və qonşu ölkədən olan digər insanlara məxsus bütün “Sənin evin” şəbəkəsinin ticarət mərkəzlərindən Ermənistan istehsalı olan bütün məhsulların çıxarıldığını dedilər”.
“Bu gün merçendayzerlərimiz məhsullarını göstərmək üçün şəbəkəyə daxil olan ticarət mərkəzlərinə gediblər və məhsullarımızın – mürəbbələrin, cemlərin, kompot və digər konserv məhsullarının rəflərdə olmadığını anlayıblar. Beləliklə, şəbəkənin bütün altı mağazasında olduq - hər yeri gəzdik. Heç bir yerdə, heç bir mağazada mal yoxdur. Dərhal mineral su, alkoqol satan bütün tərəfdaşları soraqladıq - oxşar vəziyyətin olduğunu, yük maşınlarının geri qaytarıldığını, malların qəbul edilmədiyini dedilər,” – bu sözləri isə “Armtorq”un baş direktoru Aleksandr Babayan RBK-ya bildirib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Əvvəlcə Qarabağda məğlub olan, indi Orta Şərqdə uduzan ölkə
- Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi
- Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqlədi
- İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvanda erməni həmkarı ilə görüşüb
Rəylər