12 
Okt
2020
21:28
3208
86
13341
Virtual karabakh

Türkiyə vətəndaşı Azərbaycan Ordusuna dəstək olaraq nişan üzüyünü hədiyyə etdi - VİDEO

12 Okt, 2020
21:28
13341

Türkiyə vətəndaşı Azərbaycan Ordusuna dəstək olaraq nişan üzüyünü hədiyyə etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Silahlı Qüvvələrinə yardım etməyə çalışanlar arasında qardaş Türkiyənin sadə vətəndaşları da var.

Belə şəxslərdən biri haqqında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Ankarada Quru Qoşunları Ali Hərbi Məktəbinin yeni dərs ilinin açılışındakı çıxışı zamanı danışıb. 

Səfir bildirib ki, Maraşdan olan bir şəxs ona məktub göndərərək dəstək və yardımını ifadə edib. Məktubla bərabər həmin şəxs Türkiyə bayrağı və nişan üzüyünü göndərib. 

Bu əhvalatdan olduqca təsirləndiyini deyən səfir üzüyü geri qaytarmaq istəsə də, Türkiyə vətəndaşı hədiyyəsini geri almayacağını, bu qərarı ailəlikcə verdiklərini deyib. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri