Azərbaycanın Dağlıq Qarabağdakı qələbəsi Almaniyanın paytaxtı Berlində də coşqu ilə qeyd olunub.
“TRT Haber” məlumat verir ki, Berlində yaşayan türkiyəlilər və soydaşlarımız avtomobillərini Azərbaycan və Türkiyə bayraqları ilə bəzəyərək nəqliyyat konvoyu vasitəsi ilə yürüş təşkil ediblər.
Yürüşdə iştirak edən insanlar 30 ildir işğal altında olan torpaqların azad olunmasını səbirsizliklə gözlədiklərini, Qarabağın Azərbaycanın əzəli və ayrılmaz bir parçası olduğunu vurğulayıblar.