Apr
2015
16:55
4
107
1795
Virtual karabakh

Lavrov və Nalbandyan Qarabağı müzakirə edəcəklər

6 Apr, 2015
16:55
1795

Lavrov və Nalbandyan Qarabağı müzakirə edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya XİN məlumat yaydı.

Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə onun erməni həmkarı Edvard Nalbandyan aprelin 7-8-də Rusiyada səfərdə olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-nin saytında deyilir.

Aprelin 8-də baş tutacaq danışıqlar zamanı xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli əməkdaşlığın vacib məsələləri, beynəlxalq gündəliyi, BMT, ATƏT, QİƏT kimi təşkilatlar çərçivəsində xarici siyasi əlaqələrin uzlaşdırılması və başqa məsələləri müzakirə edəcəklər.

Bundan başqa, tərəflər arasında Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi həllinə cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi ətrafında rəy mübadiləsi aparacaqlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri