Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Priqojinin üsyanı ilə bağlı cinayət işi ləğv olunmayıb
“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) təsisçisi Yevgeni Priqojinin başçılığı ilə silahlı qiyamın təşkili üzrə cinayət işinə (CM-nin 279-cu maddəsi) xitam verilməyib və Rusiya FTX İstintaq İdarəsinin müstəntiqləri tərəfindən araşdırılması davam etdirilir”.
Bu barədə Rusiya Baş Prokurorluğundakı mənbə xəbər verib.
O, qiyamın iyunun 23-də başladığını və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra Priqojinin cinayət təqibinə xitam veriləcəyini elan edildikdən sonra dayandığını xatırladıb. Həmin vaxt danışıqlar nəticəsində ÖHŞ qüvvələri Moskvaya yürüşü dayandıraraq Rostovu tərk etdilər və öz səhra düşərgələrinə qayıtdılar.
İyunun 25-də bəzi KİV və “Telegram” kanalları əvvəllər Federal Təhlükəsizlik Xidmətinin İstintaq Komitəsinin müstəntiqinin üsyanla bağlı işin başlanmasına dair qərarını qanuni və əsaslı tanıyan Baş Prokurorluqda bu qərarın ləğv edildiyi, bununla əlaqədar Priqojinin cinayət təqibinə də xitam verildiyi barədə xəbərlər yaymışdı.
Bununla belə, mənbə bildirib ki, cinayət işinin açılması barədə qərar hələ də ləğv edilməyib və üsyanla bağlı araşdırmalar davam edir.
Mənbənin sözlərinə görə, fərqli qərar qəbul etmək üçün çox az vaxt keçib.
Mənbə: Kommersant
Rəylər