“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rostovda ələ keçirdiyi hərbi dairələrdən birində İnquşetiyanın keçmiş rəhbəri, hazırda isə Rusiya müdafiə nazirinin müavini olan Yunus-Bek Yevkurov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşüb.
Y.Priqojin generallarla hədələyici tonda danışıb.
O, Yunus-Bek Yevkurovun və Vladimir Alekseyevin diqqətinə çatdırıb ki, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayanadək “Vaqnerçi”lər hərəkətlərini dayandırmayacaqlar.
09:13
“Rostov şəhərinə giriş-çıxışı bağlayırıq və Moskvaya doğru irəliləyirik”.
Bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.
08:55
“Vaqner” rəhbəri Yevgeni Priqojin bildirib ki, “könüllülər” tərəfindən Cənub Hərbi Dairəsi Qərargahı ələ keçirilib. Həmçinin döyüş aviasiyasının uçuşunun qarşısını almaq üçün aerodrom da ələ keçirilib.
Onun sözlərinə görə, “Vaqner” logistika və sanitar bortlara əngəl yaratmayacaq.
08:37
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də Rostov şəhərindədir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda Y.Priqojin “Vaqner” döyüşçüləri ilə birlikdə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin qərargahına daxil olub.
08:14
Rostov şəhərinə daxil olan “Vaqner” üzvlərinin fotoları yayılıb.
TASS-ın yayımladığı fotolarda maraqlı bir məqam diqqətdən yayınmayıb.
Belə ki, Rostov şəhərinə daxil olan “Vaqner” üzvləri formalarından qruplaşmaya dair bütün nişanları çıxarıblar. Bununla onlar mümkün toqquşmalaradan özlərini qorumağa çalışıblar.
Rəylər