Noy
2023
08:48
202
5
1878
Virtual karabakh

Müdafiə Nazirliyinin zabit heyəti Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTO/VİDEO

8 Noy, 2023
08:48
1878

Müdafiə Nazirliyinin zabit heyəti Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 Noyabr - Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükut yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ziyarət çərçivəsində şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Həmçinin hərbi qulluqçular şəhid ailələri və onların yaxınları görüşüb, qayğıları ilə maraqlanıblar.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri