Facebook sosial şəbəkəsinin təsisçisi Mark Tsukerberq öz rəsmi səhifəsində ABŞ prezidenti postuna namizəd milyarder Donald Trampın bəyanatı ilə əlaqədar qalmaqal fonunda müsəlmanlara dəstək olub.
Oxu.Az bu barədə Gazeta-ya istinadən xəbər verir.
“Yəhudi olan valideynlərim məni istənilən icmaya hücumlara qarşı durmağı öyrədirdilər. Bu gün hücum sizə yönəlməsə də, azadlığa olan hücumlar zamanla hamıya xələl gətirəcək”, - o deyib.
Tsukerberqin sözlərinə görə, nifrət ədəbsizliyə yol aça bilər, yalnız insanlar bir-birində yaxşı tərəfləri gördükdə daha yaxşı bir dünya qurmaq imkanı mövcud olur.
Rəylər