Ermənistanda cərəyan edən hadisələr ölkənin yeni rəhbərliyinin siyasi sələflərini təqibə məruz qoymayacağına dair bəyanatları ilə ziddiyət təşkil edir.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə Rusiya XİN başçısı Sergey Lavrov deyib.
“Rusiya Yerevanın müttəfiqi kimi həmişə Ermənistan dövlətinin sabitliyində maraqlı olub. Ona görə də hazırda orada baş verənlər bizi narahat edir”, - nazir bildirib.
O qeyd edib ki, son günlər ərzində artıq bir neçə dəfə bu narahatlıq Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb.
Lavrov bildirib ki, bu ilin mayında Ermənistandakı siyası böhranın bütün aparıcı partiyaların iştirakı ilə razılıq əsasında həll edilməsi Moskvada rəğbətlə qarşılanıb:
“Ümid edirdik ki, Ermənistanın yeni rəhbərliyi bundan sonra da birliyə yönələn saylərini davam etdirəcək. Lakin son günlərin hadisələri belə pozitiv ümidləri puç edir”.
Rəylər