Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Avropalı deputat: "Makron oyuncaq əsgərlərlə oynamağı sevən balaca uşaqdır"
"Ukraynaya mümkün qoşun yeridilməsi ilə bağlı bəyanatlarının əksinə olaraq, Fransa prezidenti, çətin ki, bu addımı atsın".
Bu sözləri Fransadan olan deputat Jilber Kollar bildirib.
"Ukraynaya qoşun göndərmək qərarına gəlmək üçün Parisin gərginləşən bölgələrinə qoşun göndərmək lazımdır. Təəssüf ki, prezidentimiz oyuncaq əsgərlərlə oynamağı sevən balaca uşaqdır. O, tarixin gedişatının nə qədər faciəli ola biləcəyini düşünmür", - deyə Kollar qeyd edib.
Kollar vurğulayıb ki, əgər Fransa prezidenti buna baxmayaraq, bu avantüraya qərar verərsə, o zaman söhbət yalnız Xarici legionu göndərməkdən ibarət olacaq.
"Lakin belə bir addım faciəyə çevrilə bilər", - deyə siyasətçi əlavə edib.
Xatırladaq ki, Fransa prezidenti dəfələrlə Rusiya ordusunun irəliləyəcəyi təqdirdə Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib.
Mənbə: İz.ru
Rəylər