“Əl-Qaidə” terror qruplaşmasının lideri Usama Ben Ladenin oğlu Həmza Ben Laden 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktının əsas icraçılarından olan Məhəmməd Attının qızı ilə evlənib.
Oxu.Az xəbər verir ki, toyla bağlı eksklüziv informasiyanı Böyük Britaniyanın “The Guardian” nəşri yayıb.
Bununla bağlı nəşrə Usama Ben Ladenin qardaşları Əhməd və Həsən əl-Attas məlumat verib.
Onların sözlərinə görə, Həmza “Əl-Qaidə” qruplaşmasında idarəedici rol oynayır və yeddi il əvvəl amerikalı hərbçilər tərəfindən Pakistanda öldürülən atasının intiqamını almaq niyyətindədir.
Oğul Ben Ladenin həyat yoldaşının adı açıqlanmır. Ögey qardaşları Həmzə Ben Ladenin Əfqanıstanda ola biləcəyini deyib.
Həmzə Ben Laden Usama Ben Ladenin sağ qalan üç arvadından birindən olan oğludur. O, əri ilə birlikdə Pakistanın ən böyük hərbi bazası yaxınlığında yerləşən Abbottabaddakı villada yaşayırdı. Usama Ben Laden 2011-ci il mayın 2-də burada məhv edilib.
Xatırladaq ki, 11 sentyabr hadisələri zamanı 2977 nəfər həlak olub, 24 nəfər itkin düşüb.
Rəylər