16 
Avq
2018
19:03
42
212
10980
Virtual karabakh

Tarixin ən böyük müğənnisi vəfat etdi

16 Avq, 2018
19:03
10980

Tarixin ən böyük müğənnisi vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Areta Franklin 76 yaşında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, Associated Press agentliyi onun Detroyda (ABŞ) öz evində vəfat etdiyini yazıb.

2008-ci ildə Rolling Stone jurnalı onu tarixin ən böyük müğənnisi adlandırmışdı.

Avqustun 13-də kinokritik Rocer Fridman müğənninin ölüm ayağında olduğunu elan etmişdi. Onun sözlərinə görə, 76 yaşlı “soul kraliçası” ciddi xəstə olub.

2010-cu ildə Franklində xərçəng tapılıb. Müğənninin sonuncu çıxışı 2017-ci ildə baş verib.

Areta Franklin adı Rok-n-rollun şərəf zalında peyda olan ilk qadın müğənnidir. O, ritm-end-blüz, soul və hospel üslubunda mahnılar oxuyub. Franklinin populyarlığının zirvəsi 1960-cı illərin ikinci yarısına təsadüf edib.

Güclü vokalına görə Areta Franklin Soulun kraliçası adını daşıyıb. Onun sonuncu studiya albomu - Aretha Franklin Sings the Great Diva Classics 2014-cü ildə təqdim olunub. 2017-ci ildə müğənni karyerasını bitirdiyini elan etmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri