20 
Avq
2018
01:53
953
33
11758
Virtual karabakh

Şeyx sözünün üstündə durdu: Qətər və Türkiyə 15 milyardlıq sazişə imza atdılar

20 Avq, 2018
01:53
11758

Şeyx sözünün üstündə durdu: Qətər və Türkiyə 15 milyardlıq sazişə imza atdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Mərkəzi Bankı və Qətərin Mərkəzi Bankı Dohada valyuta mübadiləsi üzrə ikitərəfli saziş (svop sazişi) imzalayıblar.

Oxu.Az xəbər verir ki, sənəd Qətərin Türkiyə iqtisadiyyatına 15 milyard dollar yatırması layihəsinin həyata keçirilməsi istiqamətində ilk addımdır.

Sənədi Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkaya və onun qətərli həmkarı Abdulla bin Saud əl-Tani imzalayıblar.

Sazişin məqsədi ölkələr arasında ticarət əməliyyatları zamanı milli valyutalarda qarşılıqlı hesablaşmaların aparılmasının sadələşdirilməsi, həmçinin maliyyə sabitliyinə dəstəkdir. Bundan başqa, saziş Türkiyənin maliyyə ehtiyatlarının möhkəmlənməsinə yardım edəcək.

Xatırladaq ki, bundan əvvəl Ankarada görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri şeyx Tamim bin Həmad əl-Tani ikitərəfli əlaqələri müzakirə etmiş, görüş zamanı qətərli əmir qısa müddətdə Türkiyə iqtisadiyyatına 15 mlrd. dollar birbaşa sərmayə yatıracaqlarını bildirmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri