Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Amul-Xəzər” rallisinə hazırlıqlar çərçivəsində səhrada təlim keçib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Xronika Türkmənistan” məlumat yayıb.
Məlumata görə, məşqlər Qaraqum səhrasında keçirilib. Berdıməhəmmədovun sürdüyü avtomobil prezidentin özü tərəfindən layihələndirilib və yığılıb.
“İndi idman avtomobili bütün beynəlxalq tələblərə cavab verir”, - qeyd edilib.
Məşq zamanı avtomobil qumda batsa da, türkmənbaşı bunun öhdəsindən asanlıqla gəlib.
“Amur-Xəzər” beynəlxalq rallisi sentyabrın 9-dan 14-dək Türkmənistanda keçiriləcək.
Türkmənbaşı ralliyə hazırlaşır - VİDEO
Rəylər