İranda SEPAH-ın avtobusunun partladılması nəticəsində ölənlərin sayı 41-ə çatıb.
FARS agentliyinin məlumatına görə, ölənlər arasında hərbçilər və mülki şəxslər var.
20.55
İranda SEPAH-a məxsus avtobusa hücum olub.
İRNA-nın məlumatına görə, hadisə Sistan-Bəlucistan vilayətində baş verib.
Terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 20 hərbçi ölüb. Hadisə zamanı 20-dən çox insanın xəsarət aldığı bildirilir.
Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Rəylər