İyl
2019
23:00
121
319
4919
Virtual karabakh

Netanyahu İranı “F-35” qırıcıları ilə hədələdi

9 İyl, 2019
23:00
4919

Netanyahu İranı “F-35” qırıcıları ilə hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Baş naziri Benyamin Netanyahu İranı “F-3“” qırıcıları ilə hədələyib.

RİA Novosti” xəbər verir ki, B.Netanyahu ən yeni “F-35” qırıcı-bombardmançı təyyarələrinin eskadrilyasına baş çəkib.

Baş nazir İranı bu təyyarələrdən istifadə etməklə təhdid edib:

“İran bu yaxınlarda İsraili məhv etməklə hədələdi. O başa düşməlidir ki, bu təyyarələr Yaxın Şərqdə İran və Suriya daxil olmaqla istənilən yerə uça bilər”.

Xatırladaq ki, İsrail ABŞ-dan 50 ədəd beşinci nəsil “F-35” qırıcısı sifariş verib və ən azı doqquz ədədini alıb. İsrail Yaxın Şərqdə həmin təyyarələrə sahib yeganə ölkədir və dünyada ilk dəfə “F-35” qırıcısını döyüşdə tətbiq edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri