Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

HƏMAS Qəzza sazişi planına dəyişikliklər etməyə çalışdı - Netanyahunun REAKSİYASI
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağındakı vəziyyətin nizamlanması üçün Ağ Ev tərəfindən dəstəklənən sövdələşmə planına 29 dəyişiklik olunmasını tələb edib, İsrail Baş naziri Benyamin Netanyahu isə bunların hamısını rədd edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail hökumət başçısının ofisinin müşaviri Dmitri Gendelman TASS-ın müxbirinə bildirib.
"İsrail ABŞ Prezidenti Co Baydenin dəstəklədiyi plandan bir millimetr belə geri çəkilmədi", - deyə o qeyd edib.
Gendelman İsrail tərəfindən heç bir şərtin nə əlavə edilmədiyini, nə də çıxarılmadığını vurğulayıb.
"İsrail HƏMAS tərəfindən də planda heç bir dəyişikliyə yol verməyəcək", - deyə Netanyahu ofisinin müşaviri əlavə edib.
O hesab edir ki, növbəti addım HƏMAS tərəfindən atılmalıdır, onlar ABŞ-nin dəstəklədiyi sövdələşmənin şərtlərini qəbul etməlidirlər.
"Bura İsrailin müharibəni bütün məqsədlərinə çatana qədər davam etdirmək hüququ, Sinay yarımadasından silah qaçaqmalçılığının qarşısının alınması, ilk mərhələdə maksimum sayda sağ girovun qaytarılması və HƏMAS döyüşçülərinin Qəzza zolağının şimal hissələrinə qayıtmasının qarşısının alınması daxildir", - deyə Gendelman sadalayıb.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- ABŞ silahlarını alanlardan insan hüquqlarına riayət etmək tələbi LƏĞV OLUNDU
- Qəzzada 15 aydan sonra orta məktəbdə tədris bərpa olunub
- HƏMAS Qəzza zolağında ölən dörd girovun meyitini Qızıl Xaça təhvil verib
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik
- HƏMAS altı girovu azad edəcəyi tarixi açıqladı