16 
Sen
2019
08:28
214
28
2398
Virtual karabakh

Bu gün Ankarada Türkiyə-Rusiya-İran sammiti keçiriləcək

16 Sen, 2019
08:28
2398

Bu gün Ankarada Türkiyə-Rusiya-İran sammiti keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazar ertəsi Türkiyənin paytaxtı Ankarada Rusiya, Türkiyə və İran liderlərinin üçtərəfli görüşü baş tutacaq.

Oxu.Az xəbər verir ki, Vladimir Putin, Rəcəb Tayip Ərdoğan və Həsən Rouxani Suriya münaqişəsinin nizama salınması yollarını müzakirə edəcəklər.

Bu Suriya böhranının həlli istiqamətində Astana formatı çərçivəsində keçirilən 5-ci görüş olacaq.  

Tərəflər həmçinin iqtisadi əlaqələr və regional təhlükəsizlik də daxil olmaqla bir çox məsələləri müzakirə etməyi planlaşdırırlar.

Üçtərəfli görüşün yekunlarına dair liderlər birgə bəyanatla çıxış edəcəklər.

Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri