Novosibirsk Dövlət Texniki Universitetinin yataqxanasının yaxınlığında azı 16 nəfərin iştirakı ilə kütləvi dava baş verib. Davada iştirak edənlərin əksəriyyətinin tələbələr olduğu bildirilir.
REN TV xəbər verir ki, kütləvi davanın iştirakçıları yataqxana gözətçisinin polis çağırmaq xəbərdarlığına əhəmiyyət verməyərək, dağılışmaq istəməyiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə isə insidentin iştirakçıları dərhal ərazidən uzaqlaşıblar.
Novosibirsk Dövlət Texniki Universitetinin yataqxanasının yaxınlığında azı 16 nəfərin iştirakı ilə kütləvi dava baş verib. Davada iştirak edənlərin əksəriyyətin...
Rəylər