Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
"İqlim dəyişikliyi sahəsində irəliləyişə nail olmaq üçün həm mitiqasiya tədbirlərinin gücləndirilməsi, həm də iqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.
O qeyd edib ki, Avropa İttifaqı və Almaniya iqlim maliyyəsinin təminatına dəstək sahəsində əməkdaşlığa hazırdırlar:
"Bu sahədə beynəlxalq inkişaf banklarının imkanlarından istifadə olunması və özəl sektorun bu sahəyə cəlbi çox vacibdir. Biz həm Almaniya, həm də Avropa olaraq buradayıq".
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- Fatih Birol "Dostluq" ordeni ilə təltif edildi
- Azərbaycanın BMT ilə yeni Çərçivə Sənədinin istiqamətləri açıqlanıb
- "Baku Steel Company" QSC "2024-cü ilin ən yaxşı tərəfdaşı" nominasiyasının qalibi olub
- AİŞ 2020-2024: İqtisadi irəliləyişlər və yaşıl üfüqlər
- "Yaşıl" təhsil Qarabağ Universitetində necə tətbiq edilir?