20 
Sen
2021
15:30
412
67
19979
Virtual karabakh

Rusiyada universitetə silahlı basqın edən şəxsin vurulma görüntüləri - YENİLƏNİB + ANBAAN VİDEO

20 Sen, 2021
15:30
19979

Rusiyada universitetə silahlı basqın edən şəxsin vurulma görüntüləri - YENİLƏNİB + ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada Perm Dövlət Universitetinə silahlı hücum həyata keçirən Timur Bekmansurovun zərərsizləşdirildiyi anın görüntüləri yayılıb.

Məlumata görə, onu kiçik leytenant Kostantin Kalinin yaralayıb.

“Pilləkənlə düşürdü. Mən ona “silahı at” dedim. O, silahı mənə doğru yönəltdi və atəş açdı. Bundan sonra mən də odlu silahdan atəş açdım”, - deyə polis zabiti olanları danışıb.

14:12

Perm Dövlət Universitetinə silahlı hücum edərək səkkiz nəfəri öldürən Timur Bekmansurov öldürülməsi xəbəri təkzib olunub. 

Bununla bağlı Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

Bildirilib ki, hücum edən şəxs sağdır və yaralı halda xəstəxanaya yerləşdirilib.

13:05

Perm Dövlət Universitetinə silahlı hücum edərək səkkiz nəfəri öldürən Timur Bekmansurov öldürülüb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları silahlı basqını həyata keçirən şəxsi yaralayıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Artıq Rusiya Federasiyası İstintaq Komitəsi qanlı olayla əlaqədar “İki və ya daha çox adam öldürmə” maddəsi ilə cinayət işi açıb.

Universitetin ərazisində təcili tibbi yardım xidmətinin əməkdaşları və əməliyyatçılar işləyir.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri