Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Evdəki kif hansı xəstəliklərə səbəb ola bilər?
Rusiyalı otolarinqoloq Vladimir Zaytsev bildirib ki, evdə qara kif bronxit və ya pnevmoniya kimi xəstəliklərə səbəb ola bilər.
Onun sözlərinə görə, kif xüsusilə boğazın arxasına, badamcıqlara, nazofarenks və paranazal sinuslara, həmçinin nəfəs borusu, bronxlar və ağciyərlərə zərər verir.
Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin mikologiya və alqologiya kafedrasının mühəndisi Maksim Dyakov isə qeyd edib ki, əgər insan xroniki xəstəliklərdən əziyyət çəkirsə və ya cərrahiyyə əməliyyatı keçiribsə, onun üçün kif xüsusilə təhlükəlidir.
Mənbə: “RİA Novosti”
Ən çox oxunanlar
Rəylər