Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kvaratsxeliya bu ay PSJ-yə keçə bilər
"Napoli"nin cinah yarımmüdafiəçisi Xviça Kvaratsxeliya bu ay ərzində İtaliya klubunu tərk edərək PSJ-yə keçməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində insayder-jurnalist Fabritsio Romano məlumat verib.
Onun sözlərinə görə, fransız nəhəngi gürcü futbolçunun transferi üçün "Napoli"yə 80 milyon avro təklif edib. PSJ Kvaratsxeliya ilə onun şəxsi müqaviləsinin şərtləri ilə bağlı danışıqlar aparır və bu danışıqlar yaxşı gedir.
Xatırladaq ki, İtaliya çempionatının cari mövsümündə 23 yaşlı Kvaratsxeliya 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.

"Xviça Kvaratsxeliya" teqi üzrə xəbərlər
- "Napoli" Kvaratsxeliyanın satışından əldə olunan gəlirlə səkkiz futbolçu alacaq
- "Lion" Kvaratsxeliyanın PSJ-yə keçidi zamanı qanunsuzluğa yol verildiyini İDDİA EDİR
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Xviça Kvaratsxeliya PSJ-dəki qol hesabını açıb
- Gürcüstanlı futbolçu rəsmən PSJ-də