19 
Apr
2022
06:20
137
14
1556
Virtual karabakh

Kipr peyvənd edilmiş turistlər üçün ölkəyə giriş qaydalarını yüngülləşdirdi

19 Apr, 2022
06:20
1556

Kipr peyvənd edilmiş turistlər üçün ölkəyə giriş qaydalarını yüngülləşdirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kipr hakimiyyəti peyvənd edilmiş xarici səyahətçilər, o cümlədən ruslar üçün ölkəyə giriş qaydalarını yüngülləşdirib.

Aprelin 18-dən ölkədə dövlətlərin epidemioloji vəziyyətinə görə təsnifatdan imtina edilib. Həmçinin Larnaka və Pafos hava limanlarına gələn turistlərin öz vəsaitləri hesabına xüsusi CyprusFlightPass xüsusi buraxılış vəsiqəsi əldə etməsi və məcburi PCR testindən keçməsi  öhdəliyi də ləğv edilir.

İndi ölkəyə gələn əcnəbilərdən yalnız qüvvədə olan koronavirus peyvənd sertifikatı və ya xəstəliyin keçirilməsi barədə arayış tələb olunur. Kipr iki Rusiya peyvəndini təsdiqləyir – “Sputnik V” və “Sputnik Light”.

Peyvənd olunmamış səyahətçilərdən isə əvvəlki kimi, uçuşdan 72 saat əvvəl alınmış mənfi COVID-19 testi, habelə yola düşməzdən 24 saat əvvəl alınmış PCR və ya sürətli test nəticələrini təqdim etmələri tələb olunur.

Tədbirlərin yumşaldılması qərarının Kiprdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar qəbul edildiyi qeyd edilir.

Daha əvvəl bildirilmişdi ki, Yunanıstan hakimiyyəti yerli sakinlər və xarici turistlər üçün anti-COVID tədbirlərinin əksəriyyətini də ləğv edib. Belə ki, mayın 1-dən avqustun 31-dək istirahət edənlər bar, restoran və digər iaşə obyektlərinin girişində peyvənd sertifikatı və ya COVID-19-un keçirilməsi barədə arayış təqdim etməli olmayacaqlar.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri