22 
Apr
2022
07:50
57
116
1818
Virtual karabakh

Hindistan yoqa ilə məşğul olanlar üçün xüsusi vizalar verəcək

22 Apr, 2022
07:50
1818

Hindistan yoqa ilə məşğul olanlar üçün xüsusi vizalar verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistan xarici səyahətçilər, o cümlədən rusiyalılar üçün yeni vizaların verilə biləcəyini açıqlayıb.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) ölkənin Baş naziri Narendra Modiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, müalicə məqsədilə Hindistana səfər etməyi planlaşdıran turistlərə xüsusi vizalar – AYUSH vizası (Ayurveda, Yoqa, Naturopatiya, Unani (yunani), Siddha və Homoeopatiyanın qısaltması) veriləcək.

Yeni növ ölkəyə giriş sənədlərinin yaradılması qərarı ölkə hakimiyyətinin qlobal turizm bazarında ənənəvi hind təbabətinin təşviqinə diqqəti cəmləşdirmək istəyi ilə bağlıdır.

“Ənənəvi tibb Keralada turizmin inkişafına kömək etdi. Bu potensial Hindistanın hər guşəsində  mövcuddur. Təbii metodlarla sağalma bu onilliyin ən böyük brendi ola bilər. Ayurveda, yunani və digər təcrübələrə əsaslanan sağlamlıq mərkəzləri xarici turistlər arasında çox populyar ola bilər”.

Mənbə: Rambler.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri