23 
Apr
2022
01:43
129
18
1799
Virtual karabakh

Tayland peyvənd edilmiş turistlər üçün giriş qaydalarını dəyişdirəcək

23 Apr, 2022
01:43
1799

Tayland peyvənd edilmiş turistlər üçün giriş qaydalarını dəyişdirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailand hakimiyyəti mayın 1-dən etibarən COVID-19-a qarşı peyvənd olunmuş səyahətçilərin ölkəyə girişi üçün PCR testini ləğv etmək qərarına gəlib. Bu barədə Marati Krallığının Xarici İşlər Nazirliyinin Xəbərlər departamentinin rəhbəri Nalita Andamo bildirib.

Onun sözlərinə görə, mayın 1-dən peyvənd olunmuş turistlərin ölkəyə girişindən sonra PCR testindən keçməsinə və otel bronu üçün testin nəticələrini gözləməsinə ehtiyac olmayacaq. Səlahiyyətli qurumlar onlara özbaşına antigen testi verməyi və infeksiya aşkar edilərsə, həkimə müraciət etməyi tövsiyə edib.

“Bundan əlavə, icbari tibbi sığorta təminatının məbləği 20 min dollardan 10 min dollara endirilib” – deyə departament rəhbəri əlavə edib.

Eyni zamanda krallığa giriş üçün icazə alınması məqsədilə yaradılmış “Tayland Pass” sistemi də fəaliyyətini davam etdirəcək və peyvənd sertifikatlarının, habelə tibbi sığortanın yoxlanılması ilə məşğul olacaq.

Peyvənd olunmamış səyahətçilər isə əvvəlki kimi otellərdə beş günlük özünütəcriddən sonra  COVID-19 testindən keçməli olacaqlar.

Mənbə: Rambler.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri