14 
İyl
2022
14:32
93
49
1998
Virtual karabakh

Adi insanlar üçün kosmos turları artıq reallığa çevrilir

14 İyl, 2022
14:32
1998

Adi insanlar üçün kosmos turları artıq reallığa çevrilir

Çinin dizayn şirkəti olan “Zhongke Yuhang” mütəmadi olaraq orbitə turist göndərməyə imkan verəcək təkrar istifadə edilə bilən reaktiv daşıyıcı və kosmik aparatlar hazırlayır.

Bu barədə “CAS Space”in təsisçisi Yan İçyan məlumat yayıb:

“Kosmik texnologiyanın dinamik inkişafı ilə əlaqədar adi insanlar üçün kosmos turları artıq fantaziya deyil, reallığa çevrilir. Hər şey planlaşdırıldığı kimi getsə, 15 sınaq buraxılışından sonra bir dəfəyə 100 km-dən çox hündürlüyə yeddi turist göndərə biləcək raket və kosmik gəmi hazırlayacağıq”.

Şirkət rəhbərinin sözlərindən belə çıxır ki, Çin tezliklə sadə insanları Yerin atmosferi ilə kosmos arasındakı sərhəd hesab edilən Karman xəttinin yuxarısına göndərə biləcək.

“Turistlərin kosmosda qalması cəmi bir neçə dəqiqə çəkəcək, bu, kosmik gəminin sərnişinlərinin ulduzların, eləcə də planetimizin əzəmətli mənzərəsindən həzz alması, çəkisizlik hissini yaşaması üçün kifayət edəcək”, - deyə o əlavə edib.

Turistlərin enişi üçün Çinin şimal-qərbində, əhalinin az məskunlaşdığı ərazidə xüsusi zonanın ayrılması planlaşdırılır. Turun qiyməti xüsusi təlim xərcləri də daxil olmaqla adambaşına təxminən 300 000 dollar təşkil edəcək.

Mənbə: China Daily

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri