Avq
2022
11:32
258
11
918
Virtual karabakh

İki yük gəmisi Ukraynadan yola düşdü

8 Avq, 2022
11:32
918

İki yük gəmisi Ukraynadan yola düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazar ertəsi səhər saatlarında kənd təsərrüfatı məhsulları daşıyan iki yük gəmisi Ukraynadan yola düşüb.

B barədə Türkiyə Müdafiə Nazirliyi “Twitter”də bildirib.

“11 min ton soya ilə İtaliyaya yola düşəcək “SACURA” quru yük gəmisi və 48,5 min ton qarğıdalı ilə Türkiyənin İsgəndərun limanına gedən “ARIZONA” bazar ertəsi Ukraynanın Yujnı və Çernomorsk limanlarından yola düşüb”.

Bazar günü gəmilərin Ukraynadan çıxmasına Birgə Koordinasiya Mərkəzi tərəfindən icazə verilib. Qaydalara əsasən, kənd təsərrüfatı məhsulları yükü ilə İstanbula gələn bütün gəmilər Mərkəzin nümayəndələri tərəfindən yoxlanılır. Oxşar prosedur Ukraynaya gedən quru yük gəmilərinə də tətbiq edilir.

Türkiyə Müdafiə Nazirliyi onu da bildirib ki, bazar günü Ukraynadan çıxan kənd təsərrüfatı məhsullarını daşıyan dörd quru yük gəmisi bazar ertəsi axşam İstanbula gələcək. Onlar orada yoxlanılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri