Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Şimal axını”nın dağılmış hissəsinin görüntüləri dərc olunub - FOTO/VİDEO
İsveç jurnalistlər norveçli mütəxəssislərlə birlikdə “Şimal axını” kəmərinin dağıdılmış 50 metrlik hissəsini aşkar edərək, fotolarını çəkiblər. Zərərin növü həddindən artıq güc tətbiqini göstərir.
Bu barədə hadisə yerindən ilk fotoları dərc edən “Expressen” qəzeti məlumat yayıb.
Bildirilir ki, nəşr İsveç və Danimarka hakimiyyət orqanlarından Baltik dənizində 80 m dərinlikdə sualtı çəkiliş aparmaq üçün icazə alıb. Şəkillər Norveçin “Blueye Robotics” şirkətinin sualtı pilotsuz uçan aparatı vasitəsilə çəkilib.
“Belə qalın metala zərər verilməsi üçün yalnız həddindən artıq güc tətbiq olunmalıdır. Versiyalardan birinə görə, boru boyunca uzun çat əmələ gəlib”, - deyə Norveç pilotsuz təyyarəsinin operatoru Trond Larsen bildirib.
Nəşrdə vurğulanıb ki, seysmoloji avadanlıqla qeydə alınan partlayışın gücü Rixter şkalası üzrə 2,3 bal gücündə zəlzələyə bərabər olub. Şəkillərdə borunun bəzi fraqmentlərinin iti kənarları, digərlərində isə metalın ciddi şəkildə deformasiyası görünür.
“Dibində boru kəmərinin hissələrinə bənzəyən dağıntı parçaları səpələnib”, - deyə Larsen bildirib.
Xatırladaq ki, sentyabrın 27-də Rusiya qazını Avropaya nəql edən əsas marşrutda - “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində sızma qeydə alınıb. İsveç hökuməti bir gün sonra hadisənin təxribat ola biləcəyini elan edib. Sentyabrın 30-da Danimarka kəmərdə ümumi tutumu 1000 kq trotildən çox olan iki partlayış baş verdiyini bildirib.
Bundan əvvəl, Polşa televiziyası “Şimal axını”nda partlayışın necə baş verdiyini əks etdirən kompüter versiyasını yayımlayıb. Kadrlarda kəmərin üç sualtı dron vasitəsilə partladıldığı görünür.
Mövzuya aid xəbərlər
- İsveç “Şimal axını” kəmərlərində təxribatın baş verməsini təsdiqlədi
- “Şimal axını”nda partlayışlar sualtı dronlarla həyata keçirilib? - VİDEO
- Danimarka rəsmiləri: “Şimal axını”nda bir ton trotil gücünə malik iki partlayış baş verib” - FOTO
- İsveç XİN rəhbəri: “Şimal axını”nda qaz sızması partlayışlar səbəbindən baş verib” - FOTO
- “Şimal axını” qaz kəmərindən yanacağın sızdığı yerin görüntüləri - YENİLƏNİB + VİDEO
Rəylər