30 
Okt
2022
21:06
62
278
2696
Virtual karabakh

Rusiya XİN: “Görüşün Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yol açacağına ümid edirik”

30 Okt, 2022
21:06
2696

Rusiya XİN: “Görüşün Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yol açacağına ümid edirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva Rusiya Prezidenti Vladimir Putin, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına doğru irəliləməyə imkan verəcəyinə ümid edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Hələ də çoxlu problemlər var. Düşünürəm ki, onların hamısı, o cümlədən sabah Soçidə keçiriləcək görüş zamanı müzakirə olunacaq. Ümid edirik ki, bu, bir sıra məsələlər, o cümlədən sülh müqaviləsinin imzalanması üçün hansısa yolla irəliləməyə imkan verəcək”, - o, jurnalistlərin sualını cavablandırarkən deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın ilin sonuna qədər sülhün imzalanması ehtimalı ilə bağlı sözlərinə münasibət bildirən Rudenko qeyd edib ki, “bu həyatda hər şey ola bilər. Və Ermənistanın lideri bunu dediyinə görə, yəqin ki, belə deməyə əsasları var”, - o, qeyd edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri