Rusiya Ukraynanın Dnepr şəhərində iki infrastruktur obyektinə raket hücumu həyata keçirilib. Onlardan birində yanğın başlayıb.
15 yaşlı qız da daxil olmaqla 14 nəfərin yaralandığı məlumdur.
Ukraynanın Prezidenti Volodimir Zelenski rus işğalçılarının Dneprə hücumlarını şərh edib.
O, zərbələrdən birinin videosunu “Telegram” kanalında yayımlayıb və ona münasibət bildirib:
“Budur, terrorçuların sülhü necə istədiklərinə daha bir sübut”.
Zelenski vurğulayıb ki, terror dövləti həqiqətən ukraynalılara mümkün qədər çox ağrı və iztirab gətirmək istəyir.
Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, raket zərbələri “Yujmaş” zavodu tuş gəlib.
Mənbə: UNİAN
Rəylər