Ermənistanın beynəlxalq valyuta ehtiyatı tezliklə tükənə bilər.
Oxu.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazıb.
Qəzet ölkənin mərkəzi bankının arayışına istinadən bildirir ki, bu il aprelin 1-dək valyuta ehtiyatı bir milyard 491 milyon dollar olub.
Məlumatda qeyd olunub ki, ötən il bu rəqəm iki milyard dollar təşkil edib. Bir həftə öncə isə Avropa İttifaqının Ermənistana verdiyi 500 milyon dollarlıq kreditin 300 milyon dolları da beynəlxalq valyuta ehtiyatına yönəldilib.
Ermənistan KİV-i vurğulayıb ki, bir ay ərzində beynəlxalq valyuta ehtiyatından 70 milyon dollar xərclənir:
"Proses bu templə davam etsə, o zaman yaxın aylarda valyuta ehtiyatı tamamilə tükənəcək".
Rəylər