Apr
2015
18:10
24
100
6197
Virtual karabakh

Rusiya öz “Playboy”-unu yaradır

9 Apr, 2015
18:10
6197

Rusiya öz “Playboy”-unu yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

““Droçun” jurnalında heç bir əxlaqsızlıq və qərbi pornoqrafiya olmayacaq”.

Perm siyasətçisi, kolleksiyaçı və mesenat Andrey Aqişev Amerikanın erotik “Playboy” jurnalının və ya pornoqrafik Hustler-in Rusiya analoqunu yaratmaq istəyir.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, onu buna “McDonalds”ın Rusiya rəqibini yaratmaq üçün Milli Rifah Fondundan Nikita Mixalkovun və Andrey Konçalovskinin milyard rubla yaxın vəsait istəmə təşəbbüsü ruhlandırıb.

“Biz “Droçun” brendi altında, xarici analoqları, əsasən də Amerikanın “Playboy” və “Hustler” nəşrləri ilə rəqabət apara biləcək milli erotik-vətənpərvər jurnal yaratmağa razılaşdıq. İndi prezident Vladimir Putinə biznes-ideyamızın realizəsində yardım etməsi xahişi ilə məktub yazırıq.

Təbii ki, “Droçun” jurnalında heç bir əxlaqsızlıq və qərbi pornoqrafiya olmayacaq. Bizim jurnal məhəbbətin ən ali anlayışı barədə - Vətənə olan məhəbbətdən olacaq. Mənəviyyat, imzalarla və replə. Məhəbbət buşlat, narıncı jiletlər və kimyəvi müdafiə kostyumları geyinmiş rusiyalı qadınların fotoları ilə illüstrasiya ediləcək”, - Aqişev deyib.

Prezidentə məktubda Aqişev layihənin “qərbi nəşrlərin əvəzlənməsi və alternativinin yaradılmasına” vasitə olacağını vurğulamaq və “sosial-siyasi xarakterinə” diqqət çəkmək niyyətindədir.

Andrey Aqişev Perm vilayətinin Qanunverici Məclisinin sabiq deputatıdır. Vilayət administrasiyasının və Perm vilayətinin sabiq qubernatoru Oleq Çirkunovun tənqidçisi kimi məşhurdur.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri