Məşhur Hollivud aktyoru Arnold Şvartsenegger ABŞ prezidentliyinə namizəd olmaq istəyini açıqlayıb.
O deyib ki, əgər bu ölkədə doğulmuş olsaydı, gələn il ABŞ prezidentliyinə namizədliyini irəli sürmək istərdi.
“Mən bu seçkilərdə necə qalib gələ biləcəyimi elə aydın görürəm ki. Eynilə Kaliforniya qubernatoru postuna namizədliyimi irəli sürdüyüm vaxtlardakı kimi”, - deyə Şvartsenegger bildirib.
Qeyd edək ki, Şvartsenegger Avstriyada anadan olduğu üçün ABŞ prezidentliyinə namizəd olmaq hüququna malik deyil. Belə ki, ABŞ konstitusiyasına görə, prezidentliyə namizəd həmin ölkə ərazisində doğulmuş olmalıdır.
Şvartsenegger 1968-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb və 1983-cü ildə ölkə vətəndaşlığını alıb. 2003-2011-ci illərdə isə o, Kaliforniyanın 38-ci qubernatoru olub.
Mənbə: “People”
Rəylər