İyl
2023
20:52
23
177
2778
Virtual karabakh

Gürcüstan XİN-dən Ukraynanın Saakaşvili ilə bağlı bəyanatlarına cavab

4 İyl, 2023
20:52
2778

Gürcüstan XİN-dən Ukraynanın Saakaşvili ilə bağlı bəyanatlarına cavab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna hakimiyyətinin Gürcüstanın səfiri Giorgi Zakaraşviliyə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ətrafındakı vəziyyətlə bağlı məsləhətləşmələr üçün Tiflisə qayıtmağı tövsiyə etməsi münasibətlərin kəskinləşməsinin ifrat formasıdır.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Gürcüstan Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin Gürcüstan səfirinin məsləhətləşmələr üçün ölkəni tərk etməsinə dair qərarından dərin narahatlığını bildirir. Bu hərəkət diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasıdır və dost dövlətə və xalqa münasibətdə rəsmi Kiyevin bu addıma əl atması təəssüf doğurur”, - bəyanatda bildirilir.

Nazirlikdən vurğulanıb ki, Ukrayna hakimiyyətinin qərarı iki ölkə arasında strateji münasibətlərə ciddi ziyan vurur və suveren dövlətin daxili işlərinə birbaşa müdaxilədir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri