30 
Sen
2023
17:19
16
442
5358
Virtual karabakh

Türkiyə XİN ermənilərin Los-Ancelesdə səfirə hücumuna münasibət bildirib - YENİLƏNİB + VİDEO

30 Sen, 2023
17:19
5358

Türkiyə XİN ermənilərin Los-Ancelesdə səfirə hücumuna münasibət bildirib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Xarici İşlər Nazirliyi ermənilərin Los-Ancelesdə (ABŞ) Türkiyənin səfiri Murat Mercana hücum cəhdinə reaksiya verib.

Qurumdan bildirilir ki, hadisə Cənubi Kaliforniya Universitetində Annaberg Jurnalistika Məktəbi və Yunus Əmrə İnstitutunun birgə ev sahibliyi etdiyi Türkiyənin İctimai Diplomatiyası mövzusunda konfrans zamanı baş verib. Tədbirə qatılan rəsmilər radikal erməni qrupları tərəfindən hədəfə alınıb, şifahi və fiziki təzyiqlərə məruz qalıblar.

“ABŞ Diplomatik Təhlükəsizlik Bölməsi və Los-Anceles Polis Departamenti (LAPD) lazımi təhlükəsizlik tədbirləri görərək Universitet şəhərciyində baş verən hadisələrin böyüməsinin qarşısını alıb.

Ölkəmizi və Azərbaycanı, son zamanlar isə Ermənistan hökumətini və regionda sülh prosesini hədəf alan radikal diaspor qruplarının nifrət dilinin zorakılıq aktlarına çevrilməsi narahatlıq doğurur. Nümayəndə heyətimizə fiziki hücum edənlərə qarşı lazımi hüquqi prosesi başladacağıq.

Bu hadisə ilə bir daha aydın oldu ki, tarixi hadisələrin dar və yerli siyasi motivlərlə təhrif edilməsi və ekstremist qrupların xoşuna gəlmək üçün verilən bəyanatlar radikallaşmaya, nifrət nitqinə və zorakılığa təkan verir”, - deyə bəyanatda vurğulanır.

16:47

Daşnaklar Los-Ancelesdə yürüş zamanı Türkiyənin ABŞ-dəki səfirliyinin əməkdaşlarına hücum ediblər.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Videodan görünür ki, erməni radikallar izdihamla bir nəfəri döyürlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri