30 
Sen
2023
22:20
191
21
2082
Virtual karabakh

Hindistanda nəvələrindən inciyən 92 yaşlı nənə məktəbə getdi

30 Sen, 2023
22:20
2082

Hindistanda nəvələrindən inciyən 92 yaşlı nənə məktəbə getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda 92 yaşlı qadın ilk dəfə məktəbə gedib.

Bulandşəhr rayonundan olan Səlimə Xan 1931-ci ildə anadan olub. Onun böyüdüyü kənddə məktəb olmayıb və Səlimə 14 yaşında ərə verilib.

Savadlılığın artırılması üzrə dövlət proqramının könüllüləri ona təhsil almağı məsləhət görüblər. Qadın özündən 80 yaş kiçik uşaqlarla altı ay dərslərdə iştirak edib.

Bununla da, nənə öz qərarı ilə kəndindəki daha 25 qadını ibtidai təhsil almağa ruhlandırıb.

“Nəvələrim pul saymağı bilmədiyim üçün məni aldadırdılar. Onlara əlavə pul verirdim. Artıq o günlər arxada qaldı”, - deyə qadın bildirib.

Mənbə: mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri