Okt
2023
22:44
141
39
1632
Virtual karabakh

Trampa ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsi təklif edildi - FOTO

4 Okt, 2023
22:44
1632

Trampa ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsi təklif edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Trampa ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsi təklif edilib.

Təşəbbüs konqresmen Troy Nils tərəfindən irəli sürülüb. O, bu barədə özünün “X” hesabından məlumat verib.

“Kevin Makkarti bir daha spikerliyə namizəd olmayacaq. Mən Donald Trampın Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürürəm”, - deyə siyasətçi yazıb.

Xatırladaq ki, Kevin Makkartini (Kaliforniyadan) ABŞ Senatının Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə respublikaçı, Şimali Karolina ştatının nümayəndəsi Patrik Makhenri ABŞ Nümayəndələr Palatasının müvəqqəti spikeri təyin edilib.

Onu da qeyd edək ki, Makhenrinin ilk gördüyü işlərdən biri keçmiş spiker, ermənipərəst mövqeyi ilə tanınan Nensi Pelosini Kapitolidəki ofisindən qovmaq olub.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri